Ulduz futbolçu Kristiano Ronaldo "Əl-Nəsr" futbol klubunu tərk etməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, Ronaldo bu barədə özünün X hesabında yazıb: "Bu fəsil bitdi. Hekayə? Hələ də yazılır. Hamıya təşəkkür edirəm".

Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi gələn ay başa çatacaq. 

Ronaldo 2023-cü ilin yanvar ayından Səudiyyə klubunda oynayır.

Ağarza Elçinoğlu