Mayın 29-na keçən gecə Stavropolda yaşayış binasının həyətində partlayış baş verib. Naməlum şəxsin qumbaranı partlatması nəticəsində iki nəfər ölüb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində həlak olan şəhər administrasiyası rəhbərinin birinci müavini Zaur Qurtsiyevdir.
O, mayın 29-da səhər saatlarında Ukraynanın "Sülhməramlı" saytının məlumat bazasına daxil edilib.
Şəhər administrasiyasının mətbuat xidmətindən bildirilib ki, Qurtsiyev 2007-ci ildən Rusiya Silahlı Qüvvələrində xidmət edib. O, “İgidliyə görə” ordeni, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Suvorov medalı, Jukov medalı ilə təltif edilib.
Ağarza Elçinoğlu