Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edəcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matç saat 18:00-da başlayacaq.

Qrupun qalibi B divizionuna yüksələcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda Monteneqro ilə 2 dəfə heç heçə edib (0:0, 1:1), 1 dəfə isə Litvaya qalib gəlib (2:0).

30 may

18:00. Azərbaycan (Qadınlar) – Litva (Qadınlar)

Hakimlər: Sapir Gaya Berman, May Moalem, Nofar Chava Skorka, Shada Dahamshi (İsrail)

Bayıl stadionu

Xallar: Monteneqro - 5 (3 oyun), Azərbaycan - 5 (3 oyun), Litva - 0 (2 oyun).