"Milan"ın baş məşqçisi Serxio Konseysao cəmi 5 ay çalışdıqdan sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Portuqaliyalı mütəxəssis klubda 31 oyun keçirib ki, bunun da 16-sı qələbə, 5-i heç-heçə, 10-u isə məğlubiyyətlə başa çatıb. Konseysaonun komandası mövsümü A seriyasında 8-ci pillədə başa vurub, İtaliya Superkubokunu qazanıb və İtaliya kubokunun finalında Boloniyaya uduzub.
Daha əvvəl KİV italyan məşqçi Massimiliano Alleqrinin Milana qayıtmağa yaxın olduğunu yazıb.
Ağarza Elçinoğlu