Hindistanın baş naziri Narendra Modi Pakistana qarşı “Sindoor” əməliyyatının bitməmiş olduğunu açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Hindistanın Pakistana qarşı tədbirlər görməyə davam edəcəyi barədə xəbərdarlıq edib. 

Qeyd edək ki, mayın 7-də Hindistan Pakistan ərazisində yerləşən infrastruktura qarşı "Sindoor" adlı hərbi əməliyyata başladığını elan edib.