2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artaraq 545,3 milyon manat olub.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda ümumi ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 faiz artaraq 764 milyon manat olub. Beləliklə hesabat dövründə Bakıda ictimai iaşə dövriyyəsinin həcmi ölkədə ümumi dövriyyənin 71.4%-nə bərabər olub.