ABŞ prezidenti Donald Tramp internetdə yayılan Fransanın birinci xanımı Bricit Makronun əri, Fransa prezidenti Emmanuel Makronu sillələdiyi videoya münasibət bildirib.

"Unikal" xəbər verir ki, jurnalistlərin fransalı həmkarına hansı evlilik məsləhətinin faydalı ola biləcəyini soruşduqda Tramp hadisənin təfərrüatları ilə tanış olmadığını qeyd edib.

"Nə baş verdiyini bilmirəm, amma qapını bağlı saxlamağı məsləhət görürəm", - deyə Amerika lideri bildirib. 

Tramp həmçinin qeyd edib ki, o, video yayılandan sonra Makronla danışıb və Fransa liderinin ailəsində “hər şeyin yaxşı olduğuna” əmin olub.