"Rusiya danışıqları gecikdirir, Ukrayna ərazilərinə hücumları gücləndirir. Kiyev sanksiyalar tətbiq etməyə çağırır".
"Unikal" xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat dərc edib.
Məlumata görə, Rusiya və Ukrayna arasında Türkiyədə bu gün keçirilməsi planlaşdırılan danışıqlar çətin ki, irəliləyişlə nəticələnsin.
"Hər iki ölkənin nümayəndə heyətləri Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə başlayan üç illik münaqişəyə son qoyacaq potensial atəşkəsi müzakirə edəcəklər. Zelenski Rusiyanın Ukrayna ərazisinə hücumlarını artırdığını deyib və ABŞ-ni “sülhün yaxınlaşmasına kömək etmək üçün” Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Kiyevin danışıqlarda əsas tələbləri atəşkəs, daha çox məhbusun azad edilməsi və oğurlanmış ukraynalı uşaqların Rusiyadan qaytarılmasıdır. Zelenski prezident Putin və digər liderlərlə şəxsi görüşə çağırışını da təkrarlayıb", - nəşr yazıb.
Qeyd edək ki, ötən gün ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla İstanbulda danışıqların bərpası ilə bağlı danışıb, lakin detallar açıqlanmayıb.
Gülayə Mecid