"Hesablamalara görə, bu gün Azərbaycanda isitmə məqsədlərinə 28 milyard kilovat/saat enerji istifadə edilir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İstilik təchizatı haqqında” qanun layihəsi ilə əlaqədar ictimai dinləməsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, bura təbii qaz, elektrik enerjisi, mərkəzi istilik sistemi, odun, mazut, dizel daxildir: "Bu çox böyük rəqəmdir. Buna 10 % qənaət 2,8 milyard kilovat/saat qənaət deməkdir. Bu səbədən də təqdim edilən qanun layihəsi dünyanın qabaqcıl ölkələrinin təcrübələrini və Azərbaycan reallığını nəzərə almaqla hazırlanıb. Bu qanunun qəbul edilməsi səmərəli fəaliyyət üçün bizə stimul yaradcaq".
Anar Kəlbiyev