Oğuz rayonunda 44 yaşlı kişini elektrik cərəyanı vurub.

"Unikal" xəbər verir ki, hadisə rayonun Çaldaş kəndində baş verib.

1981-ci il təvəllüdlü Sahib Əşrəf oğlu Adılov kənddə atını işıq dirəyinə bağlayıb. Bir qədər sonra atın yerdə hərəkətsiz vəziyyətdə qaldığını gördükdə heyvanın başındakı zəncirə toxunub və nəticədə elektrik cərəyanı onu vurub.

S.Adilov hadisə yerinə təcili yardım maşını ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.