Pakistanın Xayber Paxtunxva əyalətinin Mardan rayonunda partlayış olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ikimərtəbəli evin damı qaz balonu partlaması nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Partlayışdan sonra hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupu göndərilib.

Regional səlahiyyətlilər təxminən 7 saatlıq gərgin işdən sonra 8 nəfərin dağıntılar altından sağ çıxarıldığını, lakin 6 nəfərin həyatını itirdiyini açıqladı. Xəsarət alan 2 nəfərin səhhətinin ağır olduğu bildirilib.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırma başlandığını və oxşar qəzaların qarşısını almaq üçün yoxlamaların artırılacağını açıqlayıb.