Türkiyənin Manisa şəhərində 300 hektarlıq ərazi yanıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatı təyinatlı ərazidə başlayan yanğın daha sonra küləyin təsiri ilə genişlənib və meşəyə keçib.

Yanğının söndürülməsi üçün müxtəlif texniki vasitələr, o cümlədən helikopter cəlb olunub.

Hadisənin səbəbi məlum deyil.