"Rusiya diktatoru Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibədə itkiləri ilə maraqlanmır. Terror ölkəsi hər həftə 5 minə yaxın əsgərini itirir". 

"Unikal" xəbər verir ki, bunu Miranda Devineyə müsahibəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp deyib. 

"Bəlkə də onun (Putin - red.) vecinə deyil, mən düşünməyə başlayıram ki, onun vecinə deyil . O, Ukrayna kimi çoxlu əsgər itirir. Görək bundan sonra nə olacaq", - o əlavə edib.

Trampın sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müəyyən irəliləyiş əldə edilib, lakin sonra tərəflər razılığı pozub. 

Ağarza Elçinoğlu