İsrailin baş naziri Benyamin Netanyahu ötən gün Qüdsdəki Qərb Divarını ziyarət edib.

"Unikal" xəbər verir ki, Netanyahu ziyarəti zamanı Qərb Divarına "Dişi aslan kimi ayağa qalxan, aslan kimi özünü ucaldan xalq" başlıqlı məktub yerləşdirib. 

Qeyd edək ki, ötən gücə İsrail İrana qarşı “Am Kelavi” (“Aslan kimi millət”) kod adlı hərbi əməliyyata başlayıb. Ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri Tehran da daxil olmaqla, ölkə daxilində bir neçə hədəfə hücum edib. 

İsrail daha sonra İrana qarşı əməliyyatı rəsmən təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bildirib ki, zərbələr Natanzdakı nüvə infrastruktur obyektləri və proqramla əlaqəli alimlər olub. İsrailin “The Jerusalem Post” qəzetinin məlumatına görə, gecə ərzində onlarla İsrail qırıcısı hərbi obyektlərə və İranın nüvə obyektlərinə zərbələr endirib.

Gülayə Mecid