İsrailin zərbələri nəticəsində Natanzdakı nüvə obyektinə ciddi ziyan dəyməyib, radiasiya sızması olmayıb.
"Unikal" xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib.
"Yaxşı ki, zərər ancaq səthi olub... Həmçinin əhalini narahat edə biləcək radiasiya sızması olmayıb", - deyə Eslami qeyd edib.
Eslami ciddi ziyanın olmadığını, hazırda vəziyyətin qiymətləndirildiyini qeyd edib.