Bu gün keçirilən təhsilverənlərin sertifikasiya prosesində daha iki müəllim maksimum bal toplayıb.

"Unikal" xəbər verir ki, Beyləqan şəhəri humanitar fənlər təmayüllü liseyinin  informatika müəllimi Xanım Ələmdarlı informatika fənnindən və Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin fizika müəllimi Ruhiyyə Əliyeva isə fizika fənnindən 60 bal nəticə göstəriblər.