Bu gün günorta saatlarında Avstraliya, Almaniya, Tacikistan, İran, ABŞ, Kanada, İtaliya və Venesuela vətəndaşlarının İrandan təxliyəsi həyata keçirilib.

"Unikal" xəbər verir ki, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində hər bir şəxs müvafiq sənəd yoxlamasından keçib. Təhlükəsizlik tədbirləri tam şəkildə təmin edilib, əcnəbilərin rahat və fasiləsiz keçidi üçün bütün logistika prosesləri koordinasiyalı şəkildə icra olunub.

Onlar xüsusi nəqliyyat vasitələri ilə Bakı istiqamətində yola salınıblar.

Qeyd edək ki, təxliyə olunanlar arasında həm diplomatik heyət üzvləri, həm də mülki vətəndaşlar yer alıb.