Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Bakıdakı təcili yardım avtomobillərindən birinin sürücüsü Rəşidzadə Kərim Arif oğlu çağırış zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq orada qeyri-etik ifadələr səsləndirmişdi.

"Unikal"ın əldə etdiyi məlumata görə, K.Rəşidzadə artıq işdən çıxarılıb.

Xatırladaq ki, o, bəzi insanları təhqir etdiyi videoları səhifəsində paylaşdıqdan bir müddət sonra onları silib.

Murad İbrahimli