2025-ci il 26 iyun tarixində bəzi internet xəbər saytlarında Bakı şəhərində axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayışın baş verməsi haqda yayılan məlumat həqiqətə uyğun deyil.
Bu barədə "Unikal"a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, MSN-in tabeliyində olan heç bir zavodda partlayış baş verməyib.
"Kütləvi informasiya vasitələrindən xahiş olunur ki, Mətbuat xidməti ilə dəqiqləşdirmədən MSN ilə bağlı əsası olmayan belə məlumatların yayımlanmasında diqqətli olsunlar", - məlumatda qeyd edilib.