AŞPA prezidenti Teodor Russopulos din xadimlərinin və müxalifət nümayəndələrinin həbsi və Ermənistan hakimiyyətinin məhkəmə işlərinə birbaşa müdaxiləsi məsələsinə toxunub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Sentyabrın sonu və ya oktyabrın əvvəlində Ermənistanın baş naziri Nikol Paşinyan AŞPA sessiyasında iştirak edəcək. Onun Assambleyada çıxış etmək və sualları cavablandırmaq imkanı olacaq.
Əlbəttə, bununla bağlı bizim bütün qərar və hesabatlarımızdan xəbəriniz var və Ermənistanla bağlı hesabat var. Mən Assambleyada dediklərimizə heç nə əlavə etməzdim. Sizə deməli olduğum yeganə xəbər odur ki, növbəti sessiyada, sentyabrın sonu, oktyabrın əvvəlində Ermənistanın baş naziri Paşinyan Assambleyada iştirak edəcək və sizin suallarınızı cavablandıracaq", - AŞPA prezidenti vurğulayıb.
Ağarza Elçinoğlu