Goranboyda əkin sahəsindən meyti tapılan şəxsin ölüm səbəbləri məlum olub.
"Unikal"ın məlumatına görə, meyiti tapılan şəxs rayonun Sarov kənd sakini, 1966-cı il təvəllüdlü Səməd Tanrıverdiyevdir.
Onun meyiti evinin yanında ona məxsus olan əkin sahəsində tapılıb. Məlumata görə, 59 yaşlı kişi əkin sahəsində olan yoncanın suvarılması zamanı ürək tutmasından vəfat edib.
Hadisə yerinə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Tural Əhmədov
***19:55
Goranboy rayonunda meyit aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə Dəlimməmədli şəhəri istiqamətində Sarov kəndi yaxınlığındakı sahədə qeydə alınıb.
Həmin əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Meyiti aşkarlanan şəxslə bağlı məlumatlar dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov