ABŞ prezidenti Donald Tramp amerikalı sahibkar İlon Maska tənqidlər fonunda “evinə - Cənubi Afrikaya getməyi” tövsiyə edib.

"Unikal" xəbər verir ki, Amerika lideri bu barədə "Truth sosial" şəbəkəsində yazıb. 

"İlon tarixdəki hər kəsdən daha çox subsidiya alır və bu subsidiyalar olmasaydı, o, yəqin ki, biznesini atıb Cənubi Afrikaya getməli olacaq", - Tramp qeyd edib. 

Bundan əvvəl Tramp “Fox News” telekanalına müsahibəsində münaqişəyə baxmayaraq, Maska yaxşı münasibət bəslədiyini bildirmişdi.