Altınbaş Universitetinin Qurucu Mütəxəssislər Şurasının sədri və Altınbaş Holdinqin fəxri sədri Ali Altınbaş dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, iş adamı uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib.
Təhsil və iş dünyasına mühüm töhfələr verən Altınbaş, xüsusilə ali təhsil sahəsinə verdiyi töhfələrlə tanınırdı. Altınbaş Universitetinin yaranması prosesinə rəhbərlik edən və 2008-ci ildən Mütəxəssislər Şurasının sədri vəzifəsində çalışan Altınba, universitetin beynəlxalq vizyon qazanmasında əsas rol oynayıb.
O, bu gün İstanbulun Zincirlikuyu qəbiristanlığında dəfn ediləcək.
Ağarza Elçinoğlu