Tramp administrasiyasının ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) ləğv etməsi səbəbindən növbəti beş il ərzində 14 milyondan çox insan ölə bilər.
"Unikal" xəbər verir ki, bu barədə məlumat "The Lancet" tibb jurnalında dərc olunub.
Tədqiqatçılar 21 il ərzində USAİD-in maliyyələşdirməsinin həyat xilasedici faydalarını hesablayıblar və sonra məlumatlardan istifadə edərək gələcəkdə USAİD-in maliyyələşdirməsi olmadan nə qədər insanın həyatını itirəcəyini müəyyən ediblər. Təhlil göstərir ki, 2001-ci ildən 2021-ci ilə qədər USAID tərəfindən maliyyələşdirilən proqramlar 133 ölkədə təxminən 92 milyon ölümün, o cümlədən 25 milyondan çox HİV/QİÇS-dən, 11 milyona yaxın ishal xəstəliklərindən, 8 milyon malyariyadan və 5 milyona yaxın vərəmdən ölümün qarşısını alıb.
Mart ayında Dövlət Katibi Marko Rubio USAİD proqramlarının 83%-ni ləğv etdiyini və “Birləşmiş Ştatların əsas milli maraqlarına” uyğun gəlmədiyini bildirib və əlavə edib ki, Dövlət Departamenti qalan 1000-ə yaxın proqramı öz üzərinə götürəcək.
Aksiya bir çox xaricdəki yardım agentliklərini dayanma vəziyyətinə gətirib xidmət göstərilməyən ölkələrdə yemək mətbəxlərini və tibb klinikalarını bağlayıb və bəzi hallarda həyat qurtaran dərmanların, malyariyadan qorunmaq üçün ağcaqanad torlarının, ac uşaqlar üçün qida paketlərinin və çirkli suyu dezinfeksiya etmək üçün xlor tabletlərinin paylanmasını gecikdirib və ya dayandırıb.
Tədqiqatın müəllifləri belə nəticəyə gəliblər ki, proqnozlaşdırılan 14 milyondan çox ölümdən təxminən 4,5 milyonu 5 yaşdan kiçik uşaqlar arasında olacaq.
Boston Universitetinin tədqiqatçısı tərəfindən hazırlanmış modelə görə, ABŞ-də yardım və dəstək təşkilatlarına ayrılan maliyyənin kəsilməsi saatda 88 insanın ölümünə səbəb olur.
Gülayə Mecid