Rusiyanın Nijni Novqorod vilayətinin Kulebaki şəhəri yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

"İlkin olaraq, Kulebaki şəhəri yaxınlığında qəzaya uğrayan Su-27 qırıcısı olub", - məlumatda bildirilib. 

Hər iki pilotun xilas olduğu deyilir. Onlardan biri artıq tapılıb, digərinin axtarışları davam etdirilir.

Ağarza Elçinoğlu