İT sahəsində çalışan bir amerikalı gizli şəkildə üç tam ştatlı işlə məşğul olub, bu da ona illik təxminən 500.000 dollar gəlir əldə etməyə imkan verib.

"Unikal" xəbər verir ki, o, öz hekayəsini "Business Insider" ilə bölüşüb, anonim qalmağı və Çarlz təxəllüsündən istifadə etməyi xahiş edib.

Belə ki, Çarlz eyni vaxtda 3 ayrı şirkətlərdə çalışır. O, qrafikini təşkil etmək üçün ayrı-ayrı noutbuk və təqvimlərdən istifadə edir, saat qurşaqlarından yararlanır. Onun sözlərinə görə, ümumi iş həftəsi təxminən 40 saatdır.

Sözügedən iş ona ildə təxminən 500.000 dollar rekord gəlir gətirir.  

Gülayə Mecid