Almaniyanın sabiq kansleri Angela Merkel bildirib ki, Ukraynada gedən müharibə dialoq olmadan başa çata bilməz.
"Unikal" xəbər verir ki, o, bu kontekstdə Rusiya ilə dialoqun əhəmiyyətinə toxunub.
Merkel qeyd edib ki, istənilən münaqişənin həlli üçün diplomatik əlaqələr, ünsiyyət kanalları vacibdir və tam qapalı münasibətlər münaqişəni daha da dərinləşdirə bilər.
Onun bu açıqlaması Qərbin Rusiyaya qarşı sərt mövqeyinin davam etdiyi bir dövrə təsadüf edir.