ABŞ prezidenti Donald Tramp Təl-Əvivin Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, bu  barədə "Truth Social" sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, Ağ Ev nümayəndələri Qəzza zolağında İsrail rəhbərliyi ilə “uzun və məhsuldar” görüş keçiriblər.

"İsrail 60 günlük atəşkəs üçün lazımi şərtlərlə razılaşıb, bu müddət ərzində müharibəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik", - Tramp ifadə edib.