ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, bu raundun son iki oyunundan sonra 1/4 finalın bütün cütləri bəlli olub.

Yarımfinala gedən yolda Almaniya təmsilçilərindən “Borussiya Dortmund” İspaniyanın “Real Madrid”, "Bavariya" Fransanın PSJ komandası ilə üz-üzə gələcək.

Braziliya klublarından isə "Fluminense" Səudiyyə Ərəbistanının "Əl-Hilal", "Palmeyras" İngiltərənin "Çelsi" kollektivi ilə qarşılaşacaq.

Bu mərhələnin matçlarına iyulun 4-də start veriləcək.