Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Balakürd kəndində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan avtomobil su arxına düşüb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü rayon sakini Əliyev Salman Qafqaz oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov