"Sabah" bu gün Avstriyadakı yay toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Azərbaycan Kubokunun qalibi Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Qeyd edək ki, yay toplanışına yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi ilə başlayan Masazır təmsilçisi ilk sınaq qarşılaşmasını iyunun 29-da Buxarest "Rapid"inə qarşı keçirib.