Rusiyalı bodibilder və fitnes məşqçisi Yuliya Rodina Phuketdə (Tayland) Banq Tao çimərliyində çimərkən ölüb.

"Unikal" xəbər verir ki, bu barədə onun həmkarı, "XFit"-in məşqçisi Nataliya Markelenkova "Instagram" hesabı üzərindən məlumat yayıb.

Onun sözlərinə görə, Rodina qopmuş cərəyana ilişib:

"Həkimlər 24 saat onun həyatı üçün mübarizə apardılar, lakin onu xilas edə bilmədilər".

Sürtünmə cərəyanı (həmçinin "sürük cərəyanı" və ya "yarılma cərəyanı" adlanır) sahildən dənizə və ya okeana düz bucaqla yönəldilmiş sahil axınıdır.

Rodina şəxsi fitness məşqçisi olub və "2022 NBC Qran Pri"-də ikinci olub.