Fatih Terimlə yollarını ayıran "Əl-Şəbab" yeni baş məşqçi təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisini İmanol Alquasil çalışdıracaq. "Əl-Şəbab" 54 yaşlı ispaniyalı mütəxəssislə 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, İmanol Alquasilin son iş yeri "Real Sosyedad" olub.