“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen Formula 1 üzrə 2025-ci il mövsümünün 12-ci mərhələsi olan Böyük Britaniya Qran Prisinin seçmə mərhələsində birinci yeri tutub.

"Unikal" xəbər verir ki, yarışın sıralanma turu Silverstoun trasında keçirilib.

İkinci yeri “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri, üçüncü yeri isə onun komanda yoldaşı, britaniyalı Lando Norris qazanıb.

Qran Pri yarışı iyulun 6-da baş tutacaq.