Şimali Amerika ölkələrinin milli komandaları arasında keçirilən KONKAKAF Qızıl Kubokunun qalibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, finalda Meksika və ABŞ milliləri üz-üzə gəlib.

Hyuston şəhərində reallaşan görüş meksikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Meksika seçməsi ardıcıl ikinci dəfə bu titula sahib çıxıb.