Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılmışdır.

Mədəniyyət Nazirliyindən "Unikal"a bildirilib ki, bu saxta sənədin  Nazirliklə heç bir əlaqəsi yoxdur. Nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb.

"Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur", - MN-in müraciətində bildirilib.