ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatı sona yaxınlaşır.

"Unikal" xəbər verir ki, bu gün 1/2 finala start veriləcək. İlk oyun günündə finala vəsiqə uğrunda Cənubi Amerika və Avropa təmsilçiləri üz-üzə gələcək. 

Braziliyanın “Fluminense” komandası İngiltərə “Çelsi”si ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Yarımfinalın digər matçı isə sabah PSJ (Fransa) ilə “Real” (Madrid, İspaniya) arasında olacaq. Bu oyun da saat 23:00-da start götürəcək.