"Liverpul"un misirli ulduz futbolçusu Məhəmməd Salah Bodrumda tətildədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu Bodrumu çox bəyənib və hətta oradan villa alıb.
İngiltərədəki iş ortağı Ahmet Karaçölün dəvəti ilə Bodruma gələn Salah, Küçükbükdə təxminən 10 milyon dollarlıq sərmayə yatıraraq xüsusi bir villa alıb.
Dəbdəbəli dizayn edilmiş villada türk hamamından saunaya, spadan fitnes mərkəzinə, kinoteatr otağına və kitabxanaya, həmçinin köməkçilər üçün rezidensiyaya qədər hər şey var.