"CHP-nin başında duran şəxs bir müddətdir ancaq "sandıq!" deyir. Bu ölkədə CHP-nin demokratiyaya vurduğu xəncərlər istisna olmaqla, seçki qutusu həmişə millətin və siyasətçilərin tacı olub". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Qrup iclasında deyib. 

O, CHP lideri Özgür Özəlin yeni seçki çağırışlarına belə cavab verib: "Bununla belə, mən bunu ona bir daha xatırladıram. Cənab Özgür, Konstitusiya və seçki qanunu dəyişmədiyi üçün 2028-ci ildə prezident və parlament seçkiləri, 2029-cu ildə isə yerli seçkilər keçiriləcək. Təqvimdə təsadüfi bazar gününə barmağını uzadıb "seçki bu tarixdə olsun" demək sənin öz arzun ola bilər, amma siyasətin, millətin belə bir gündəmi yoxdur.

Millət son seçkidə 52,18 faizlə bizə beş il ölkəni idarə etmək vəzifəsini verdi. İnşallah bu müddətdən sona qədər istifadə edəcəyik. Ona görə də bu adamın hazırda hansı qutudan, hansı seçkidən danışdığını bilmirik". 

Ağarza Elçinoğlu