Bu il işdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub.

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, məktəblərdə qeydə alınan neqativ hallar araşdırılır və qanunvericiliyə uyğun tədbirlər görülür.