"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" xəbər verir ki, “Sabah”a məxsus olan müdafiəçi Abdulla Rzayev icarə əsasında Tovuz təmsilçisinin şərəfini qoruyacaq.

“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.