Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının 23 yaşlı hərbçisi başından güllə yarası alıb. 

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, yaralı hərbçi Gümrü Tibb Mərkəzinə aparılıb.

Gümrü Tibb Mərkəzinin direktor müavini Armen Xaçatryan bildirib ki, rus əsgəri əməliyyat olunub, lakin onun vəziyyəti son dərəcə ağır olaraq qalır.

Əsgərin Rusiya hərbi bazasının ərazisində güllə yarasını hansı şəraitdə aldığı məlum deyil. 

Rusiya tərəfi bunu araşdıracaq.

Ağarza Elçinoğlu