"Qərbə, xüsusən də Fransaya dəhliz lazımdır".
"Unikal" xəbər verir ki, bu barədə beynəlxalq ekspert Qriqor Balasanyan açıqlayıb.
Onun sözlərinə görə, burada əsas faydalanan tərəf Ermənistan-İran sərhədi üzərində nəzarətin qurulması üçün son dərəcə vacib olan ABŞ-dir: "İsraillə İran arasında son münaqişədən sonra bu məsələ daha da aktuallaşdı. Onlara, xüsusən də Fransaya dəhliz lazımdır. Nikol Paşinyanın Parisə getməsi təsadüfi deyil.
ABŞ-nin siqnalları ilk növbədə Fransaya ünvanlanıb, çünki Paris hələ də erməni tərəfi tərəfindən dost ölkə, Makron isə “böyük dost” kimi qəbul edilir. Heç bir Fransa prezidenti Ermənistan-Fransa münasibətlərinə Makron qədər zərər vurmayıb. Məhz o, 2020-ci ildə Azərbaycana peyklərin satılması ilə razılaşıb. Bunlardan 44 günlük müharibə zamanı Bayraktar PUA-larına istiqamət vermək üçün istifadə edilib. Fransanın real mövqeyi belədir - indiki münasibətləri dəyərləndirərkən bu, vacibdir".
Ağarza Elçinoğlu