Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı ikitərəfli münasibətlər, Ukrayna məsələsi müzakirə edilib. 

Ərdoğan Putinə Ukrayna ilə danışıqların üçüncü raundunun başlamasının vacibliyini və onları İstanbulda keçirməyə hazır olduğunu bildirib.

Ərdoğan Putinə bildirib ki, Türkiyə Suriyada sabitliyi təmin etməyə çalışır