İranın Firuzabad-Kəvar avtomobil yolunda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 21-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Xəsarət alanların isə 37 nəfər olub.
Fars Fövqəladə Hallar Departamentinin direktoru ölənlərin sayının 21 nəfərə çatdığını təsdiqləyib.
Fars əyalətinin qubernatoru Hüseyn Əli Amiri təcili sərəncam verərək Şiraz Tibb Elmləri Universiteti və əyalət polis idarəsinə insidentin araşdırılmasını tapşırıb.
Ağarza Elçinoğlu