İran heç vaxt müharibə və təhlükəsizliyin yoxluğuna can atmayıb və regionda sülh və sabitliyin bərqərar olmasında həmişə mühüm və təsirli rol oynayıb. 

"Unikal" xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı deyib. 

"İran öz prinsipial siyasətinə əsaslanaraq, sülh və təhlükəsizliyin möhkəmlənməsinə səbəb olan istənilən hərəkəti həmişə dəstəkləyib. İran öz tarixi boyu heç vaxt müharibə və təhlükəsizliyin olmamasına can atmayıb və həmişə regionda sülh və sabitliyin bərqərar olmasında mühüm və təsirli rol oynayıb. Bununla belə, biz danışarkən və müqavilələr bağlayarkən sionist rejim bizə, bütün beynəlxalq standartlara və koordinasiyaya, bütün beynəlxalq standartlara qarşı hücuma keçdi. Onlar bizim qanuni nüvə obyektlərimizi bombaladılar", - deyə İran prezidenti bildirib.

O, həmçinin bəzi ölkələrin müharibənin qızışdırılması və kütləvi qətllərlə bağlı ikili standartlarını tənqid edib: "Bu gün Qəzzanın məzlum və müdafiəsiz əhalisinin başına gələnlər, qadınların və uşaqların qətli və soyqırımından tutmuş su, qida və dərman vasitələrinə çıxışın məhdudlaşdırılmasına qədər heç bir beynəlxalq hüquqi, etik və humanitar standartlara uyğun gəlmir". 

Ağarza Elçinoğlu