Vyetnamın Halonq körfəzində 48 turist və 5 ekipaj üzvünün olduğu "Wonder Sea" turizm gəmisi çevrilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ən azı 34 nəfər ölüb, 11 nəfər xilas edilib. Xilasetmə əməliyyatları davam edir. Gəminin əlverişsiz hava şəraiti səbəbindən batdığı bildirilir.
***19:16
Vyetnamın Halonq körfəzində 50-dən çox insanı daşıyan gəminin çevrilməsi nəticəsində ən azı 18 nəfər ölüb, onlarla insan itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, gəmi YUNESKO-nun Ümumdünya İrs Siyahısına ekskursiya zamanı qəfil leysan yağışı səbəbindən çevrilib. Gəmidə 48 sərnişin və 5 ekipaj üzvü olub.
Sərhədçilər 12 nəfəri xilas edib, 18 cəsədi isə çıxarıb. Sərnişinlər arasında 20-dən çox uşaq da var.
Ağarza Elçinoğlu