Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla 25 əcnəbini deportasiya edib.
"Unikal" xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, son günlər baş vermiş hadisələr nəticəsində Gürcüstandan Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İran, Nigeriya, Çin, Pakistan, Rusiya və Türkiyə vətəndaşları deportasiya edilib.
Qeyd olunub ki, deportasiya edilmiş şəxslərin respublikaya gəlməsi qadağandır.
Gürcüstan son vaxtlar qeyri-qanuni miqrantlara qarşı fəal mübarizə aparır. Ölkə parlamenti immiqrasiya qanunlarını sərtləşdirib, deportasiya prosedurlarını və miqrantların axtarışını sadələşdirib.
Ağarza Elçinoğlu