Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin paytaxtı Dəkkədə qəzaya uğraması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-ın idarələrarası ictimaiyyətlə əlaqələr xidmətinin press-relizində bildirilib.

Ölənlər arasında ən azı 25 uşaq var. 165 nəfər yaralanıb və xəstəxanalardadır. Bəzi xəstələrin vəziyyəti ağır olaraq qalır.

F-7 BGI təyyarəsi iyulun 21-də günortadan sonra havaya qalxdıqdan bir neçə dəqiqə sonra təhsil kompleksinin ikimərtəbəli binasının girişində qəzaya uğrayıb. Həmin vaxt dərs günü bitmişdi, bəzi tələbələr artıq getmişdilər, lakin çoxları hələ də içəridə idi. Qəzadan dərhal sonra təyyarə yanmağa başlayıb. Yanğın təhsil müəssisəsinin binasına keçib.

Banqladeşin idarələrarası ictimaiyyətlə əlaqələr xidməti qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini qeyd edib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.