İsrail və Türkiyə Suriya böhranı ilə bağlı aktiv təmasdadır.
"Unikal" xəbər verir ki, "Əl-Hadath"ın mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ və Türkiyənin himayəsi altında İsrail ilə Dəməşq administrasiyası arasında təhlükəsizlik məsələləri üzrə kommunikasiya xətti bərpa edilib.
Telekanalın məlumatına görə, Suriya tərəfi ilə razılaşmaları yekunlaşdırmaq üçün yaxın vaxtlarda İsrail nümayəndə heyəti Bakıya gələcək.
Eyni zamanda, mənbələr qeyd edir ki, İsrail Suriya ərazisinə zərbələrdən əl çəkmək niyyətində deyil. Tel-Əviv, həmçinin, Suriyanın cənubunda geniş demilitarizasiya zonasının yaradılmasını tələb edir və bufer zonada daimi iştirakda israrlıdır.